Dəvətikanının faydaları nələrdir?

SAĞLAMLIQ
20:05 / 23.10.2024
201

Hit.az “Şəfalı bitkilər” rubrikasında dəvətikanı haqqında məlumat verir.

“Dəvətikanı babasilin ən qanlı formasını sağaltmaqla bərabər prostat şişini də tam müalicə edir”. 

Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib. 

O qeyd edib ki, bundan başqa qaynadıb, suyunu içəndə qarın, bağırsaq ağrılarının ən ağır forması olan ishal və dizinteriyanı sağaldır:

“Mədə və onikibarmaq bağırsaq yaralarını da sağaltmağa kömək edir. Böyrəyində və öd kisəsində daşı olan şəxslər sidikqovucuya ehtiyacı olarsa, dəvətikanının kökünü suda dəmləyib , içə bilərlər. Bu bitkinin qurudulmuş hissələrini çay kimi dəmləyib, temperaturu salmaq, irinli yaralar, dəri xəstəlikləri zamanı kompres şəkilində istifadə etmək olar. Bu zaman bitki mikrobları öldürür, onların çoxalmasının qarşısını alır”. 

Murad
 

0