Hit.az “Şəfalı bitkilər” rubrikasında bağayarpağı haqqında məlumat verir.
“Bağayarpağı tibbdə sidikqovucu, iltihab və mikrob əleyhinə yara sağaldan dərmanların tərkibində istifadə olunur”.
Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib.
O qeyd edib ki, ⁶bağayarpağı güclü antiseptik xüsusiyyətə malikdir:
“Soyuqdəymə, öskürək, angina zamanı yaxşı kömək edir. Bundan əlavə, dəri və zob xəstəliklərində də müalicəvi vasitə kimi istifadə edilir.
Bir xörək qaşığı quru və ya təzə 2 xörək qaşığı yaşıl bağayarpağı 1 stəkan qaynar suda dəmləyin. 1 çay qaşığı bal əlavə edib 1 stəkanı gündə 3 dəfəyə bölməklə için. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur. Həzm sistemi xəstəliyi və ya pozulması olan şəxslər bu dəmləmədən istifadə edə bilər”.
Murad