Termometr sınarsa, nə edilməlidir? - Diqqətlə oxuyun!

SAĞLAMLIQ
21:33 / 24.10.2024
281

Təbiətdə faydalı metallar siyahısında ən öndə gələnlərdən biri civədir. 

Civə gündəlik həyatımızda ən çox termometrlərdə qarşımıza çıxır. 

Yəqin ki, çoxunuz termometr qırıldıqda “əl vurma, ziyandı” sözlərini eşitmisiniz.

Çünki civə faydalı olduğu qədər də insan orqanizmi üçün təhlükəli metaldır. 

Bəs, termometr qırıldıqda nə etmək lazımdır?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən terapevt Sevinc Əliyeva deyib ki, maye formada olan civə metalından zəhərlənmə sinir sistemi və böyrəkləri zədələyir:

“Civə ağızdan udulanda sorula bilmir, buna görə çox da təhlükə yaratmır. Amma nəfəslə 70-80% sorulur. Termometr sınan zaman dağılan civə otaq hərarətində asanlıqla buxarlana bilir. 

Əgər evdə termometr sındısa, otaq havasını mümkün qədər çox dəyişmək lazımdır. Əlinizə əlcək geyinmədən civə əl vurmayın. Çünki dəridən sorula bilir. Dağılan kiçik civə muncuqlarını birləşməsinə şərait yaradın. Çünki belə olanda hava ilə təması azalır. 

Daha sonra, civəni içində su olan ağzı bərk bağlanan qaba yığın. Xalçaya dəydisə, onu işlətməyin. Çox insan civə dağılanda tozsoranla onu təmizləməyə çalışır. Amma bu yanlış addımdır. Etməyin. 
 
Əlavə edim ki, civə zəhərlənməsinin müxtəlif əlamətləri var. Civədən kəskin zəhərlənmə zamanı insanda intoksikasiya əlamətləri meydana çıxır: zəiflik, iştahasızlıq, baş ağrısı, udma zamanı ağrı, ağızda metal dadı, ağız suyunun axması, damaqların şişməsi və qanaması, ürəkbulanması və qusma, güclü qarın ağrıları, ishal”.

Murad
 

0