Soyuqdəymənin bir nömrəli dərmanı zoğal mürəbbəsi sayılır.
Ümumiyyətlə, müalicəvi xüsusiyyətlərinə görə digər meyvələrdən seçilir.
Hit.az xəbər verir ki, xalq təbabətində zoğal meyvələrindən hazırlanmış mürəbbə soyuqdəymə və zökəm xəstəlikləri, zoğal həlimindən qızdırma, qanlı ishal xəstəliklərinin müalicəsində tətbiq olunur.
Qovrulmuş çəyirdək unu dezinfeksiyası üçün yaralara çəkilir.
Qurudulmuş və təzə zoğal meyvələri angina, qızılca, skarlatin, raxit zamanı faydalı sayılır.
Zoğaldan hazırlanan keyfiyyətli lavaşdan bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdırıcı kimi geniş istifadə edilir.
Zoğal meyvələri yetişdikcə turşuluğu azalır, şəkəri isə xeyli artır.
İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən amillərin qarşısını alır.
Xərçəngin sürətlə irəliləməsinə mane olur.
Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunar və bunun sayəsində yatarıq.
Məlumatlara görə, gündə 1 ovuc zoğal yemək, döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır.
Sevinc