“Pambıq yağı ölkəmizdə qeyri-qida məhsulu kimi istifadə olunmamalıdır”

SAĞLAMLIQ
17:45 / 25.10.2024
247

“Pambıq yağı Azərbaycan cəmiyyəti üçün ənənəvi deyil. Orta Asiya ölkələri pambıq yağından daha çox istifadə edir. Rafina edilməmiş pambıq yağında spesifik dad var. Rafina olunduqda həmin ada aradan qalxır”. 

Bu sözləri Hit.az-a Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, rafina edilməmiş pambıq yağının istifadə edilməsi düzgün deyil. Çünki belə olan halda onun tərkibində qossipol adlı kimyəvi maddə var: 

“Bu maddə orqanizmdə ciddi dəyişikliyə səbəb olur. Hətta kişilərdə toxum zəifliyinə belə səbəb olur. Bu səbəbdən də pambıq yağından qida məhsullarında istifadə edilməsi düzgün deyil. Yağ rafina olunanda zərərli maddələrin çəkisi azalır, ancaq faydalı elementlərin miqdarı da azalır”.

Ekspertin sözlərinə görə Azərbaycan daxili bazarında yağ çatışmazlığına görə sahibkarlar ucuz yağları ölkəmizə gətirir: 

“Aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlamalıdır. Pambıq yağı ölkəmizdə qeyri-qida məhsulu kimi istifadə olunmamalıdır. Bu tip yağların bazarda olması bərbad halda olan yağ bazarını daha da pis günə qoyur”.

Sevinc

0