“Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, "Bu qidaları yemək çəkinizi artırır”, “Filan pəhriz sayəsində bu qədər çəki atacaqsız”. Bu kimi elanlarla tez-tez rastlaşırıq.
Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, hər dietoloq,hər həkimin özünəməxsus resepti, qaydası var:
“Sadəcə qaydalara əməl etmək lazımdır. Pəhriz saxlayanlar gün ərzində 2-3 litr təmiz su qəbul etməlidir. Uzunmüddətli ac qalaraq , arıqlamaq təzyiqin düşməsi, özündəngetmə, ürək döyüntülərinin artıb-azalmasına səbəb ola bilər. Məsələn, sirkə qəbul edərək arıqlamağa çalışanlarda qastrit, mədə xorası, turşuluq artması kimi problemlərdən başqa, onikibarmaq bağırsağın funksiyasının pozulması müşahidə edilir, qida borusunda da iltihab baş verə bilər. Ümumiyyətlə, uzun müddət ac qalmaq heç zaman məsləhət görülmür, gün ərzində minimum 2 dəfə qidalanmaq lazımdır, normal pəhrizdə isə gündə 3-5 dəfə yemək yeyilməlidir. Uzun müddət ac qalmaq isə daxili orqanlarda sadalanan problemlər daha kəskin formada özünü biruzə verməsinə səbəb olur”.
Sevinc