Hər evdə olan reyhanın nə kimi faydaları var?

SAĞLAMLIQ
21:50 / 28.10.2024
289

Hit.az “Şəfalı bitkilər”  rubrikasında reyhan haqqında məlumat verir.

“Reyhan ucuz olsa da, onun həm quru, həm də təzə halda yeyilməsi orqanizmdə bir çox problemləri aradan qaldırır”.

Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib. 

O qeyd edib ki, yeyildiyi zaman həzmi yaxşılaşdırır, mədə-bağırsağı təmizləyir:

“Reyhan çox faydalı olan bitkilərdən biridir. Həm təzə halda, həm də qurudulmuşunu istehlak edən zaman orqanizmi toksinlərdən təmizləyə bilər. Bununla yanaşı, reyhan gözlərdə görmə qabiliyyətinə də müsbət təsir göstərir. Baş gicəllənməsi, miqren ağrılarına yaxşı təsir göstərir. Xəstələndik də bəlğəmi təmizləyir”.

Murad

0