"Yuxuda gəzən insanlar kriminala belə əl atırlar"

SAĞLAMLIQ
18:46 / 28.10.2024
269

Bəzi insanlar gecə yuxuda gəzər, özündən asılı olmayaraq, yatağından qalxar və gəzməyə başlayar.

Səhər duran zaman isə bunların heç birini xatırlamaz. 

Bu hal uşaqlarda və yeniyetmələdə müşahidə olunur.

Professor, həkim Adil Qeybulla Hit.az-a deyib ki,  yuxuda gəzmək pataloji haldır və müalicəsi mümkündür. Bu, müxtəlif xəstəliklərin, epilepsiya və nevrozun bəzi dərəcələrinin təsirindən baş verə bilir: 

"Yuxuda gəzən insanlar ev işləri görür, qonşunun həyətinə keçir, hətta kriminal iş belə görə bilirlər. Hətta çox vaxt belə xəstələr cinayət işi törədərsə, belə o, məhkəmə predmeti hesab olunmur. Çünki bu  xəstənin anlaqsız vəziyyətdə olması ilə əlaqələndirilir. Deyim ki, bunun müalicəsi xəstənin vəziyyətinə görə dəyişir".

Sevinc

0