Paketlənmiş süd təhlükəlidir?

SAĞLAMLIQ
20:59 / 29.10.2024
270

İnsanların ən çox istehlak etdiyi qida məhsullarından biri də süddür. 

Bu gün süd məhsulları bazara müxtəlif qablaşdırmalarda çıxarılır.

Bu cür qabalaşdırılmış süd məhsulları həqiqətən də ziyanlıdırmı? 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, yerli istehsal olan və paketlənmiş süd məhsulları təhlükəsizdir: 

“Karton paketlənməni həyata keçirən süd zavodları ciddi sanitar normalara cavab verən müəssisələrdir. Bu məhsullarda insan həyatı üçün riskli hesab edilən elementlər ola bilməz. Çünki belə südlər sterilizə olunur, tam yoxlamadan keçirilir və ixtisaslaşdırılmış fermer təsərrüfatlarından gətirilir. Lakin bu cür məhsulları alarkən, tarixlərinə önəm verilməlidir. Buraxılma və son istifadə tarixi arasındakı müddəti daha az olan südlərə üstünlük verilməsi məsləhətdir”.

Sevinc

0