Broyler yumurtasının hansı zərərləri var? - Sağlamlıq mütəxəssisi danışır

SAĞLAMLIQ
14:50 / 01.11.2024
398

Gündəlik qida tələbatında toyuq ətinin üstünlük təşkil etdiyini hamımız bilir.

Ən çox üstünlük isə broyler toyuqlarınadır.

Buna səbəb isə broyler toyuqları kənddə, təbii mühitdə hazırlanan toyuqlardan ucuzdur. Elə broyler yumurtası da buna daxildir.

Maraqlıdır, bəs broyler yumurtasının orqanizmə hansı təsirləri var?

Bu barədə Hit.az-a açıqlama verən sağlamlıq üzrə mütəxəssis Həcər Süleymanlı deyir ki, broyler toyuqları hazırlanarkən bir çox süni vasitələrdən istifadə olunur:

“Sənayə üsulu ilə yetişdirilən toyuqlar ətli olması, xəstəliklərdən qorunması üçün dərman və iynələr vurulur. Toyuqlar hərəkətsiz qalsın deyə çox sıx yerləşdirilir. Elə bu səbəbdən 4-5 aya əldə edəcəyi çəkini toyuq hərəkətsiz qalaraq , 1 aya əldə edir. Yetişdirilən zaman vurulan dərmanlar və iynələr onlarl xəstəlikdən qorusa da, insan orqanizmini zədələyir. 

Toyuqlara vurulan hormonlar xüsusi ilə yetkinlik yaşına çatmayan oğlan və qızlara daha çox təsir edir. Çünki , qızların cinsi yetişkinliyini daha tez zamana çəkir, oğlanlarda isə bu prosesi pozur. Tövsiyə edərdim ki, valideynlər xüsusi ilə bu nüansa daha çox diqqət etsinlər”.

Murad


 

0