Niyə sağlam qida bu qədər aktualdır? - Sağlamlıq mütəxəssisi danışır

SAĞLAMLIQ
17:41 / 06.11.2024
323

Son dövrlər bloqerlərin də çox təbliğ etdiyi sağlam qidalanma məsələsi dietoloq bazarında canlanma yaradıb.

Təbii ki, sağlam qidalanma hər bir kəs üçün vacibdir.

Maraqlıdır, son zamanların məsələnin bu qədər qabardılmasının səbəbi nədir?

Bu barədə Hit.az-a açıqlama verən sağlamlıq üzrə mütəxəssis Həcər Süleymanlı deyir ki, sağlam qidalanmadığına görə son dövrlər bir çox insan köklükdən, artıq çəkidən əziyyət çəkir:

“Şəhərdə gəzən zaman müşahidə etsəniz, köklükdən əziyyət çəkən saysız-hesabsız insanlar var. Zamanla fast-food yeməkləri insanları bu vəziyyətə salıb. Elə sağlam yaşamanın da ən böyük açarı sağlam qidada gizlidir. Hər bir qidanın özünə məxsus ölçüsü var. Artıq içilən su belə ziyandır. 

Son dövrlər sağlam qidalanmanın təbliğinə gəldikdə isə bu heç də dietoloq bazarını artırmayıb. Sağlam qidalanmanı seçən adam isə bunu həyat tərzinə çevirməlidir”.

Murad

0