Göbələkdən zəhərlənənlər niyə çoxalır? - Həkimdən açıqlama

SAĞLAMLIQ
19:26 / 07.11.2024
95

Son dövrlər paytaxt və bölgələrdə göbələkdən zəhərlənənlərin sayında artım müşahidə edilib. 

Bir çoxlarının qorxulu yuxusuna çevrilən göbələk nə zaman yeyilə bilər? Hansı göbələklər yeyilmək üçün istifadə edilir?

Bu barədə Hit.az-a açıqlama verən həkim Feyruz Qasımov deyib ki, 3 mindən çox göbələk növü var:

“Bunlardan yalnız 400-ə yaxını yeyilməlidir. Zəhərlənmələrin səbəbi çox zaman məlumatsızlıq olur. Çöldə, bağda bitən göbələkləri bişirib, yeyirlər. Nəticədə zəhərlənirlər. Göbələklərin 90 faizi zəhərli olur. Ona görə insanlar göbələk alarkən diqqətli olmalı, torpağını yaxşı yumalıdırlar. Uşaqlar və hamilə qadınların göbələk yeməsi məsləhət görülmür. Göbələyin zəhərlənməyə səbəb olması isə onun tərkibində olan toksinlərlə bağlıdır. 

Ölkəmizdə ən çox istehlak olunan göbələklər bunlardır: şampinyon, ağ göbələkə, çəhrayı südlücə və s. Amma sağlamlıq üçün təhlükəli olan ən başçıcası amanita göbələyinin bir çox növüdür. Göbələkdən zəhərlənmə halında ilk əlamət ürəkbulanma və mədə ağrısıdır. Əgər göbələk yedikdən sonra bu hallarla qarşılaşırsınızsa, dərhal həkimə müraciət edin”.

Murad

0