Niyə bəzi insanlar çox yesə də, kökəlmir?

SAĞLAMLIQ
20:10 / 15.11.2024
41

Günümüzün əsas problemlərində biri olan artıq çəkidən əziyyət çəkmə hələ də aktual olaraq qalır.

Piylənmə əsasən gənc yaşlardan başlayır. Və bunun qarşısını almayan şəxslərdə xəstəliyə qədər aparır.

Bir də nə qədər yesə də kökəlməyən insanlar var. Yəqin ki, bir çoxunuz ətrafında belə insanlara rast gəlmisiniz. 

Maraqlıdır, bunun səbəbi nədir? Niyə bəzi insanlar çox yesə də, kökəlmir?  

Bu barədə Hit.az-a açıqlama verən dietoloq Gülər Qafarova deyib ki, bu barədə xarici alimlər bir araşdırma apararaq səbəbini müəyyən ediblər:

“Belə ki, yeni “Atkins geni” kəşf ediblər. Onun təsiri altında karbohidratları parçalayan selik ifraz olunur. Əksər insanların bədənlərində bu genin 2-3 nüsxəsi mövcuddur. Yalnız bəzi hallarda onların sayı 20-yə çatır. Tərkibində “Atkins” geni olan bu şanslı insanlar nə qədər yesələr də artıq çəki almırlar. Bəzilər isə bir tikə çörək yeyən kimi kökəlməyə başlayır. Bu genlər bizdə də müayinə zamanı müəyyən edilir”. 

Murad
 

0