Bu gün dünyanın ən faydalı meyvələrindən olan narla bağlı az bilinən bir məlumatı diqqətinizə çatdıracağıq.
Hit.az bildirir ki, narın özü kimi qabığı da çox faydalıdır.
Çünki onun qabığında çox mühüm elementlər var. Bu səbəblə də narı yedikdən sonra qabığını atmaq doğru qərar deyil. Hətta son araşdırmalar zamanı məlum olub ki, narın qabığı suyundan daha faydalıdır. Narın qabığı bütün xərçəng xəstəliyi növlərinə qarşı olduqca effektlidir.
Yəni nar qabığını qaynadıb içmək sağlamlığınız üçün çox faydalı olacaq. Belə ki, nar qabığı xolesterini azaldır, beta hüceyrələrini artırır. Üstəlik, diabet və ürək-damar xəstələri üçün də əhəmiyyətli elementlərlə zəngindir.
Əvvəlla yediyiniz nar qabıqlarını qurutmaq lazımdır. Qurudulmuş nar qabıqları xırda-xırda doğrayıb qaynatmalısınız. Qaynatdıqdan sonra onu stəkana töküb içə bilərsiniz. Onu səhərlər acqarına içmək faydalıdır. Bu, immun sistemini gücləndirəcək və həzm prosesini sürətləndirəcək.
Lakin həkimlərin sözlərinə görə, bu nar qabığını maksimum 2-3 həftə ardıcıl qaynadıb içmək olar. Çünki ardıcıl daha çox bunu təkrarlamaq zərərli ola bilər. Bu səbəbdən 1-2 həftə nar qabığı suyu içməyə fasilə vermək lazımdır.
Bəs həddindən artıq nar qabığı suyu içməyin hansı zərərləri var?
Həddindən artıq nar qabığı suyu içmək dəri tökülməsinə, bədəndə qızartılara, qaşınmaya və ləkələrə səbəb ola bilər. Üstəlik, nara qarşı allergiyası olan şəxslərdə başqa problemlərin də yaranma ehtimalı var. Həmçinin, onu tez-tez içmək ürək-damar xəstəliklərinə də yol aça bilər. Eyni zamanda, halsızlıq, baş ağrısı ilə də müşahidə olunması mümkündür.
Ona görə də nar qabığı suyunu mütəmadi şəkildə qəbul etmədən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Pərviz