Havalar soyuduqca insan orqanizmi də təbii olaraq , üşüyür.
Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq.
Ancaq buna baxmayaraq, elə insanlar var ki, əl və ayağı daim üşüyür.
Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər?
Həkim teravevt Şəfa Məmmədova Hit.az-a deyib ki, hava soyuq olduqda əllərin və ümumiyyətlə, bədənin açıq sahələrinin üşüməsi təbiidir:
“Ancaq bəzi xəstəliklər nəticəsində soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bu, bəzi xəstəliklərin göstərici ola bilər. Barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır. Krizis anında barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıtdıqda isə əllər qızarır. Bu hal xeyli diskamfort yaratsa da, təhlükəli deyil. Qanda hər hansı səbəbdən yaranan dəmir defisiti nəticəsində qanın oksigenlə təchizatı pozulur və baş ağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin soyuması da baş verir. B12 vitamini defisiti də əl və ayağın üşüməsinə səbəb olur. Bu vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında mövcud olub, qanda hemoqlabinin miqdarına cavabdehdir. B12 vitamini çatışmazlığı vegetarianlarda, 50 yaşdan yuxarı şəxslərdə, Kron xəstəliyi olanlarda rast gəlinir. Bununla yanaşı, qan təzyiqinin aşağı olması üşüməyə səbəb olur. Xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyi üçün əl-ayaqlar soyuyur”.
Sevinc