Qış aylarında insanların qorxulu yuxusuna çevrilən hadisələrdən biri də turşudan zəhərlənmə hallarıdır.
Bəzən xəbərlərdə bir ailənin bütün üzvlərinin turşudan zəhərləndiyini görürük.
Ev və ya şirkət üsulu ilə hazırlanan turşulardan necə qorunmaq lazımdır?
Bu barədə Hit.az-a açıqlama verən sağlam qidalanma üzrə mütəxəssis Leyla Qurbanova deyib ki, turşu hazırlayarkən, təzə və təmiz tərəvəzlərdən istifadə etməlisiniz:
“Qeyri-sanitariya şəraitində saxlanılmış tərəvəzlər və ya məhsullar turşulamada zəhərlənməyə səbəb ola bilər. Daha sonra, turşunun düzgün temperaturda və şəraitdə saxlanması çox önəmlidir. Yüksək temperaturda saxlanan turşu zamanla mikrobların inkişaf etməsinə və zəhərlənməyə yol aça bilər. Ən yaxşısı, turşuları soyuducuda saxlamaqdır. Turşu hazırlanan qabın yaxşıca bağlanması lazımdır. Havanın turşuya daxil olması və ya qabın açıq saxlanması zəhərlənməyə səbəb ola bilər. Turşu saxlama mühiti çox vacibdir. Turşuların 18-22°C arasında olan mühitdə saxlanılmasını tövsiyə edilir. Ürəkbulanma və qusma, qarın ağrıları, ishal, bədən temperaturunun artması, baş ağrısı və halsızlıq kimi əlamətlərdən hər hansı biri müşahidə edildikdə, dərhal tədbir görmək lazımdır”.
Murad