Kliniki ölüm nədir?

SAĞLAMLIQ
21:12 / 26.11.2024
30

Zamanla hansısa qohumun və ya məşhur şəxsin kliniki ölüm keçirdiyinin şahidi olmuşuq. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, kliniki ölüm ürək fəaliyyətinin dayanması, beyin qabığının isə hələ sağ olması deməkdir. Bu zaman hələ bədən refleksləri saxlanılır və beyin qabığı hələ salamat qalır: 

“Bu qısa bir dövrdə baş verir, amma havanın şəraitindən, temperaturundan asılı olaraq, bu dövr uzana bilər. Orta hesabla kliniki ölüm 6 dəqiqə davam edir və bundan sonra beyin qabığı ölür və bioloji ölümə keçir. Kliniki ölüm keçirən şəxsləri həyata qaytarmaq mümkündür. Kliniki ölüm dövründə bəzən xəstədə müxtəlif zəhərlənmələr və eyni zamanda həyat fəaliyyətinin , qan təzyiqinin aşağı düşməsi ölüm mənzərəsi yaradır. Əslində bu, həyati funksiyaların həddən artıq aşağı enməsi ilə bağlıdır”

Sevinc

0