"Alınan oyuncaqlar düzgün seçilməsə, uşağın həyatını məhv edə bilər" - Psixoloq

SAĞLAMLIQ
16:14 / 28.11.2024
320

Oyuncaq uşaqların ən sevimli əyləncəsidir. Onlar saatlarla oyuncaqlarla vaxt keçirir, təmasda olur, sanki oyuncaqların “xarakterinə” uyğun olaraq, öz kiçik dünyalarını qururlar. Lakin uşaqlar üçün oyuncaqların seçilməsi zamanı onların yaşına, inkişaf səviyyəsinə və təhlükəsizliyinə diqqət yetirilməlidir. Bəzi oyuncaqlar uşaqların sağlamlığına və təhlükəsizliyinə zərər verə bilər və buna görə alınmamalıdır.

Bəs, uşaqlara zərər verən oyuncaqlar hansılardır? 

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Xədicə Hüseynli deyib ki, hər yaşa uyğun uşaq oyuncağı seçmək vacibdir:

“3 yaşdan kiçik uşaqlar üçün kiçik hissələri olan oyuncaqlar (məsələn, lego parçaları, kiçik balaca plastik figurlar və s.) təhlükə yaradır. Uşaq bu hissələri ağızına sala bilər və boğulma riski meydana gələr. Uşaqlar üçün nəzərdə tutulmamış elektrikli oyuncaqlar (xüsusən batareya ilə işləyənlər), təhlükə yarada bilər, çünki onlar uşaqların zədələnməsinə səbəb ola biləcək komponentlər və ya isti səthlərə malik olur. Yüksək səsli oyuncaqlar uşağın eşitmə qabiliyyətinə zərər verə bilər. Uşaqların qulaqları çox həssas olduğundan, yüksək səslər uzun müddət ərzində eşitmə itkisinin yaranma ehtimalı var.

Eyni zamanda, mikroplastiklərə malik oyuncaqların istifadəsi, uşağın sağlamlığına ciddi təsir edə bilər, xüsusən də bu materiallar ağzına, burnuna və ya gözlərinə daxil olsa. Buna görə də oyuncaq alarkən uşağın yaşına diqqət edilməlidir”.

Murad

0