Bəzən insanlar fiziki deyil, mənəvi cəhətdən yorulduğunu iddia edir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ildə ən az on gün istirahət etmək yenilənmə və təmizlənmə üçün mütləq lazımdır:
“Bol və təmiz oksigen beyin üçün çox əhəmiyyətlidir. Beyni yoran monotonluqdur. Həyatınızı nə qədər rənkləndirsəniz, beyninizi o qədər sevindirərsiniz. Fiziki gümrahlıq, zehni gümrahlıq gətirər. Uzun müddət hərəkətsiz qalmaq, zehini də hərəkətsizləşdirər. Bir sözlə keçmişdə yaşanan pis hadisə ilə yaşamaq, daim onu xatırlamaq beyni yorur. Beyni qorumaq üçün təmiz hava qəbulu mütləqdir”.
Sevinc