Piştaxtalarda mövsümündən asılı olmayaraq, istənilən meyvə-tərəvəzi tapmaq olar.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, istixanalarda meyvə-tərəvəz yetişdirilərkən onların tez yetişməsi və uzun müddət saxlanması üçün kimyəvi qarışıqlardan istifadə olunur:
“Hər bir meyvə və tərəvəzin öz sezonunda yeyilməsi tövsiyə olunur. Belə məhsullar insanlarda bir sıra ciddi xəstəliklərə səbəb ola bilər. Yaxşı olardı ki, hər bir meyvə-tərəvəzi öz mövsümündə yeyək. Qış fəslində yaya aid meyvə-tərəvəzi piştaxtalarda görmək olur. Yayda isə soyuq fəsildə yetişən meyvələri tapmaq elə də çətin deyil”.
Sevinc