Uşaq xəstələndə valideyn və həkim onun tez sağalması üçün xəstənin antibiotiklə müalicəsini vacib sayır.
Lakin mütəxəssislər antibiotiklə müalicəni düzgün hesab etmir.
Pediatr Mətanət Əliyeva Hit.az-a şərhində deyib ki, uşaqlarda virus infeksiyasında uzunmüddətli qızdırma bədəni o qədər zəiflədir ki, bakteriyaların baş qaldırmasına yol açır:
“Bu zaman bədənə ikinci bir infeksiya yəni, bakteriya qoşulur, vəziyyət daha da ağırlaşır. Ancaq bakteriyanın olub-olmamasını həkim təyin edəcək. Bu zaman artıq antibiotikin təyinatı qaçılmazdır. Həkim antibiotik təyin etmədən əvvəl xəstəylə, uşağın valideyni ilə allerqoloji söhbət aparmalıdır. Uşağın nəyəsə qarşı allergiyasının olub-olmaması aşkar olunmalıdır. Bizdə bu söhbət aparılmır və birbaşa antibiotik yazılır. Bu zaman xəstə anafilaktik şoka düşür. Bu, çox ciddi haldır. Bir neçə dəqiqənin ərzində xəstənin həyatına son qoyur”.
Sevinc