Sodanın bədən üçün hansı təsirləri var?

SAĞLAMLIQ
22:28 / 02.12.2024
113

“Mədəniz narahatdırsa, sodadan istifadə edin”.

Bu sözləri Hit.az-a türkəçarə Seymur Maksudov deyib.

Onun sözlərinə görə soda əsasən mədədə narahatlıq olan zaman istifadə edilir:

“Ağ rəngli kristalik soda zəif duzlu və ya qələvi dada malikdir. Soda suda çox yaxşı həll olur. Spirtdə isə həll olunmur. Rütubətli yerdə və əsasən yüksək temperaturda suda həll olanda karbon qazı ifraz edir. 

Çay sodası bəşəriyyətə lap qədim zamanlardan məlumdur. 17-ci əsrdən başlayaraq, soda mətbəxdə, elmi təbabətdə istifadə olundu. Soda qanın əsas hissələrindən biri kimi, limfa və plazmanın tərkibinə daxildir. Hüceyrələrdə maddələr mübadiləsinin getməsini təsir edir. 

Soda bir çox xəstəliklərin müalicəsində tətbiq olunur. Əsasən, mədədə qıcqırma olduqda, turşuluğu yüksək olan zaman sodadan istifadə edilir. Eyni zamanda köp olan zaman sodadan istifadə çox yaxşı təsir edir. Yeməkdən bir saat öncə bir stəkan suya yarım çay qaşığı soda qarışdırıb için. Bu sizin daxilinizdə olan narahatlıqları aradan qaldıracaq”.

Murad


 

0