Cəfəri şirəsinin saysız faydaları...

SAĞLAMLIQ
19:56 / 03.12.2024
80

Bəzi xanımlar üz dərisini və orqanizmini sağlam olması üçün cəfəri şirəsini istehlak edir. 

Hit.az xəbər verir ki, cəfəri şirəsi tərkibində olan vitaminlərə görə digər şirələrdən üstündür. 

Tərkibində olan maddələrə görə cəfəri sidik-ifrazat sisteminin xəstəliklərində faydalıdır, iltihabı aradan qaldırır, ödemlərin qarşısını alır. 

Cəfəri şirəsinin requlyar olaraq , qəbulu böyrək və sidik kisəsi daşlarını və duzlarını əridir. Cəfəri yarpaqlarının şirəsi qalxanabənzər vəzinin, böyrəküstü vəzinin funksiyasını normallaşdırır, şəkərin miqdarını azaldır, mikrob və parazitləri məhv edir.

Cəfəri şirəsinin həzm sisteminə də böyük faydası var. O, həzmdə iştirak edən fermentlərin ifrazını, bağırsaqların peristaltikasını artırır, disbakteriozu aradan qaldırır, mədə-bağırsaq pozulmalarının qarşısını alır.

Həmçinin cəfəri şirəsi hipoasid qastritlərdə faydalıdır. Dəridə olan ləkələrin, qızartıların, qırışların qarşısını almaq üçün cəfəri şirəsindən istifadə etmək olar. 

Onun dəriyə olan faydası iltihabəleyhinə, regenerasiya, bakteriosid, ağardıcı və qidalandırıcı xüsusiyyətinə əsaslanır.

Sevinc

0