Qrip virusuna yoluxan zaman nələrdən istifadə edək?

SAĞLAMLIQ
21:55 / 04.12.2024
42

Havalar soyuduğu müddətdə insanlar arasında qrip virusu yayıldığının şahidi oluruq. 

Bu virusdan qorunmaq və ya yoluxduğumuz halda sağalmaq üçün müxtəlif üsullara əl atırıq. Bunlardan biri də antibiotiklərdir. 

Maraqlıdır, qrip olan zaman antibiotik vurmaq doğrudur?
 
Bu barədə Hit.az-a açıqlama verən terapevt Sahil Vəliyev deyib ki, qrip (influenza), viral bir infeksiyadır və antibiotiklər yalnız bakterial infeksiyalar üçün təsirlidir:

“Qripə qarşı antibiotik vurmaq doğru deyil, çünki bu dərmanlar virusları öldürmür və qripin müalicəsində heç bir fayda təmin etməz. Qrip müalicəsində əsas məqsəd simptomları yüngülləşdirmək və bədənin virusa qarşı mübarizə aparmasına dəstək olmaqdır. Qripin başlanğıc mərhələlərində (ilk 48 saat ərzində) antiviral dərmanlar, məsələn, oseltamivir (Tamiflu) və zanamivir (Relenza) bəzi hallarda həkim tərəfindən təyin edilə bilər. Bu dərmanlar qrip virusunun çoxalmasını azaldır və xəstəliyin müddətini qısaldır, lakin onlar da yalnız viral infeksiyaların müalicəsində təsirlidir. 

Antibiotiklər, qripin özündən və ya digər viral infeksiyalardan qaynaqlanmayan bakterial infeksiyalar (məsələn, bakterial pnevmoniya) üçün istifadə edilir. Əgər qripin nəticəsində bir bakterial infeksiya inkişaf edərsə, (məsələn, sinüzit və ya pnevmoniya), həkim antibiotik təyin edə bilər.

Qrip zamanı antibiotik istifadə etmək düzgün deyil.Çünki, onlar viral infeksiyalar üzərində təsirli deyil. Qripin müalicəsində antiviral dərmanlar və simptomatik müalicə daha effektivdir”.

Murad

0