Artıq çəkidən əziyyət çəkənlərin sayı artır... - Səbəb nədir?

SAĞLAMLIQ
20:37 / 04.12.2024
47

Hazırda artıq çəkidən əziyyət çəkən insanlara tez-tez rast gəlinir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a qeyd edib ki, artıq çəkinin əsas yaranma səbəbi qeyri-düzgün qidalanma və qeyri-normal həyat tərzidir:

 “Artıq çəki günümüzün ən böyük problemlərindən biri olmaqda davam edir. Mədənin ölçüsü böyüyərək, daha çox kolori tələb edir. Getdikcə artan bu kolori nəticədə qüsurlu bir dövran yaradır. Bir tərəfdən orqanizmə ciddi kolori tələb olunur , digər tərəfdən hərəkət az olduğu üçün çəki artımını sürətləndirir. Artıq çəkini yaradan səbəblərdən biri də stress və yorğunluqdur ki, bu əsasən qadınlar arasında artıq çəkiyə səbəb olur. Çünki qadınlar, adətən, narahatlıq səbəbindən daha çox qida qəbul edirlər. Və tədricən düzgün qida rejimindən yayınır, gecələr çox yeməyə üstünlük verirlər”.

Sevinc

0