Uşaqlara necə paltar alınmalıdır?

SAĞLAMLIQ
18:18 / 04.12.2024
43

Azyaşlıların, xüsusəndə yeni doğulan körpələrin geyimi valideynləri narahat edir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, geyim uşaqları ətraf mühitin zərərli təsirindən, dərinin mexaniki zədələnməsindən və digər təhlükələrdən qoruyur: 

“Uşaqlara sintetik materialdan forma geyinmək düzgün deyil. Bu material hava keçirmir, bədən daim tərli olur. Ona görə tez-tez soyuqdəymələr olur. Bundan başqa dəridə allergik problemlər də qaçılmaz olur. Xüsusilə, sintetik köynəklər qəti qadağandır”.

Sevinc

0