Bu gün siqaretlə yanaşı, sulu qəlyandan istifadə edənlər az deyil.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Hİt.az-a deyib ki, qəlyan ondan istifadə edən insanın öz sağlamlığı üçün təhlükəlidir:
"Sulu qəlyanda istifadə olunan müxtəlif aromatlı maddələr nəfəs yollarına daxil olur, örtük epitelini qıcıqlandırır və bronxit yaradır. Həmçinin, ağciyər xərçənginə qədər müxtəlif xəstəliklər əmələ gələ bilər. Bu baxımdan sulu qəlyanın Azərbaycan ərazisində geniş yayılmasını təlqin etmirəm. Bu gün narahatlıq doğuran məqamlardan biri sulu qəlyandan orta məktəb şagirdlərinin və gənclərin istifadə etməsidir. Bütün bunlar isə millətin genefondunda mənfi təsirlər göstərir”.
Sevinc