Qışda xəstələnməmək üçün nə etməli?

SAĞLAMLIQ
22:50 / 06.12.2024
274

Havanın soyuması qış ilə birlikdə xəstəliklər də gətirir. Artıq payızın ilk günlərindən istər uşaq, istərsə də böyüklər arasında yuxarı tənəffüs yolları xəstəlikləri yayılmağa başlayır.

Xəstəliklərdən qorunmaq isə ilk növbədə öz əlimizdədir. 

Necə yeməyimizdən tutmuş, geyimimizə qədər bir sıra nüanslara diqqət etsək, qışı sağlam keçirə bilərik. 

Hit.az xəbər verir ki, qışda bədənin ən çox “A” və “E” vitaminlərinə ehtiyac hiss edir.

Bu tələbatı ödəmək üçün isə gün ərzində 2-3 dəfə meyvə yemək lazımdır.

Yeyilən qidaların tərkibində “A” və “E” vitaminləri üstünlük təşkil etməlidir. “E” vitamini üçün quru meyvələr və göyərti qəbul etmək lazımdır.

Xüsusən də qoz, fındıq, püstə və badam enerji dəyəri yüksək qidalar hesab edilir.

Ət, balıq, portağal, alma ilə “A” vitamini ehtiyacını ödəmək olar.

Tərəvəzlər çiy və bişirilmiş formada gündə bir neçə dəfə qəbul edilməlidir.

Qışda orqanizmin mikroelementlərə ehtiyacı artır. Bu ehtiyacı çərəzlər və qurudulmuş meyvələrlə təmin edə bilərik.

Bu dediklərimiz sağlam insanlara aiddir. 

Bəzi xroniki xəstəliyi olan insanlar var ki, onlara müəyyən meyvə və tərəvəzlərin qəbulu məsləhət görülmür.

Soyuqdan qorunmanın bir yolu da düzgün geyim seçməkdir.

Qışda geyim seçərkən, pambıq materialdan olmasına diqqət edilməlidir. 

Sevinc

0