Xərçəngdən qorunmaq üçün BUNU İÇİN!

SAĞLAMLIQ
20:06 / 10.12.2024
106

Hit.az “Şəfalı bitkilər” rubrikasında kərəviz haqqında məlumat verir.

“Kərəviz, potas və liflə zəngindir, bu da qan təzyiqini tənzimləməyə kömək edir. Yüksək qan təzyiqi olan insanlarda, kərəvizin istehlakı ürək xəstəlikləri riskini azalda bilər”.

Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.

Onun sözlərinə görə, kərəviz, həm sağlamlıq, həm də dad baxımından çox faydalı bir tərəvəzdir, onun bir çox faydası var:

“Kərəviz antioksidanlarla doludur, bunlar bədənə zərərli sərbəst radikallardan qorunmağa kömək edir və iltihabın qarşısını alır. Kərəvizdə bol miqdarda lif vardır, bu da bağırsaqların sağlamlığını dəstəkləyir, həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Kərəvizdəki fitokimyəvi maddələr (xüsusilə flavonoidlər) iltihab əleyhinə təsir göstərir və oynaqlarda ağrı və şişkinliyi azaldır. Kərəvizdəki bəzi maddələr, xüsusilə apigenin və luteolin, xərçəng hüceyrələrinin yayılmasını azaldmağa kömək edə bilər. Kərəviz çox az kalorili və yüksək su tərkibli olduğu üçün, çəki itkisinə dəstək verə bilər. O, həm də toxluq hissi yaradır. Kərəvizdən salatlar, şorbalarda və ya çiy şəkildə faydalanmaq mümkündür. Onu müntəzəm şəkildə yemək, sağlam bir həyat tərzi üçün müsbət təsir göstərə bilər”. 

Murad


 

0