Səhər yeməyindən imtina edənlərin NƏZƏRİNƏ: Sizi bunlar gözləyir

SAĞLAMLIQ
20:51 / 11.12.2024
47

Səhər yeməyindən imtina etmək, bir çox insanın həyat tərzində rast gəlinən bir vərdişdir. Ancaq bunun sağlamlığa təsiri həm fərdi vəziyyətə, həm də ümumi həyat tərzinə bağlı olaraq , dəyişir. Səhər yeməyini atlamağın potensial mənfi təsirləri və nəticələri var.

Bu barədə Hit.az-a açıqlama verən terapevt Bahar Vəliyeva deyib ki, səhər yeməyi, beyin funksiyalarının yaxşı işləməsi üçün vacib olan qlükoza səviyyələrini yüksəldir:

“Səhər yeməyi, günə başlamaq üçün bədənə enerji təmin edir. Yuxudan oyandıqdan sonra bədənimizin metabolizması təbii olaraq daha yavaş olur. Səhər yeməyini yeməmək, bu yavaş metabolizmanın davam etməsinə səbəb ola bilər. Bədən, enerji üçün ehtiyac duyduğu kaloriləri tapmaqda çətinlik çəkə bilər, bu da ümumi enerji səviyyəsini azaldır. 

Səhər yeməyindən imtina edən insanlar adətən daha sonra günün digər vaxtlarında, xüsusən günortadan sonra və axşam saatlarında daha çox yemək istəyirlər. Bu, həddindən artıq kalori alımına səbəb ola bilər və nəticədə kilo almağa gətirib çıxara bilər”.

Murad


 

0