Normadan artıq D vitamini qəbulu ziyanlıdır?

SAĞLAMLIQ
22:54 / 11.12.2024
34

Bu  gün əksər insanlar D vitamini çatışmazlığından əziyyət çəkir.

Əksəriyyət D vitaminini həkim məsləhəti olmadan qəbul edir. 

Ancaq normadan artıq D vitamini qəbulu bir sıra xəstəliklərə səbəb ola bilər.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, D vitaminin çoxluğu da kifayət qədər ciddi fəsadlar yardır. Orqanizmdə D vitamininə olan gündəlik tələbat 1000-2000 təsir vahididir:

“Vitaminlərin normadan çox olması orqanizmə ziyanlı təsir göstərir. Ona görə də hansı fəsil olmasına baxmayaraq, kimsə hansısa vitamini qəbul etmək istəyəndə mütləq həkimlə məsləhətləşməlidir. Həkim onun şikayətlərini dinləməli, əlamətlərini yoxlamalı və nəhayət, analiz verəndən sonra həmin vitaminləri qəbul edib-etməmək barədə qərar qəbul etməlidir. Əgər müraciət edən şəxs yoxlanılıbsa və onun qanında D vitamini çatışmazlığı varsa, yaxud normadan azdırsa, yay və ya qış fəsli olmağına baxmayaraq, D vitamini qəbulu mütləqdir”. 

Sevinc

0