"Keyfiyyətsiz qidalar onkoloji xəstəliyə səbəb olur"

SAĞLAMLIQ
18:08 / 12.12.2024
243

Dünyada və ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı artır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a bildirib ki, bədxassəli şişlərin əmələ gəlməsinin çoxsaylı səbəbləri var:

 “Qidalanma ilk yerlərdən birini tutur. Havanın çirklənməsi, içməli suyun keyfiyyətsiz olması, oturaq həyat tərzi, pis vərdişlər, bütün bunlar hamısı onkologiyaya doğru gedən yoldur.

Keyfiyyətsiz qida dedikdə, qidanın içərisində daha çox sərbəst radikalların toplanmasına gətirən qidalar daha çox zərərlidir. Bu cür qidalar "fastfood", müxtəlif konservantlar və sair, hansılar ki, orqanizmdə çoxlu sərbəst radikalların toplanmasına səbəb olur. Onlar isə öz növbəsində genmutasiyalara və gələcəkdə xərçəng şişinin inkişafına gətirib çıxara bilər”.

Sevinc

0