Hər evdə olan bitki BƏDƏNİ TƏMİZLƏYİR

SAĞLAMLIQ
20:58 / 12.12.2024
259

Hit.az “Şəfalı bitkilər” rubrikasında şüyüd haqqında məlumat verir.

“Şüyüd həm kulinariya, həm də dərman məqsədləri üçün istifadə olunan faydalı bir bitkidir.

Şüyüdün orqanizmə bir çox faydası vardır”.

Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.

Onun sözlərinə görə, şüyüd, həzm prosesini asanlaşdırmağa kömək edir:

“O, mədə və bağırsaqlarda qaz əmələ gəlməsini azaldır və sindirim problemlərini yüngülləşdirir.

Şüyüd antioksidantlar ilə zəngindir. Bu maddələr orqanizmdəki sərbəst radikallarla mübarizə aparır və hüceyrə zədələnməsinin qarşısını alır. 

Şüyüd, bağırsaq funksiyalarını tənzimləyərək, qəbizlik və digər bağırsaq problemlərinə qarşı faydalıdır. 

Şüyüdün tərkibində olan əhəmiyyətli vitaminlər və minerallar, beyin funksiyalarını dəstəkləyərək, yaddaşın güclənməsinə kömək edir.

 Şüyüd, bədənin təmizlənməsinə kömək edən bir detoksifikasiya vasitəsi olaraq işləyir, toksinləri xaric edir”. 

Murad


 

0