Ölümdən sonra hansı orqanlar bağışlana bilər? - Göz, dəri, ağ ciyər...

SAĞLAMLIQ
22:16 / 12.12.2024
267

Ölümdən sonra orqan bağışlamaq, həyatını itirmiş bir insanın orqanlarının başqalarının həyatını xilas etməyə kömək etməsi üçün həyata keçirilən çox önəmli bir prosedurdur.

Azərbaycanda və bir çox ölkədə ölümdən sonra orqan bağışı ilə bağlı müəyyən qaydalar mövcuddur.

Maraqlıdır, ölümdən sonra hansı orqanlar bağışlana bilər?

Bu barədə Hit.az-a açıqlama verən həkim Cavidan Quliyev deyib ki, bir çox orqanın bağışlanması mümkündür:

“Məsələn, ürək bağışı xüsusilə ürək çatışmazlığı səbəbindən həyatını itirən insanlar üçün həyati əhəmiyyət kəsb edir. Ürək transplantasiyası, bağışlanmış ürəyin başqa bir insana köçürülməsi ilə həyata keçirilir. Daha sonra, böyrək. Böyrək çatışmazlığı olan və dializ müalicəsi almaq məcburiyyətində olan xəstələr üçün böyrək transplantasiyası həyati əhəmiyyətlidir. Böyrəklər ölümdən sonra ən çox bağışlanan orqanlardan biridir, çünki , onlar uzun müddət saxlanıla bilər.

Qaraciyər isə  çox sürətlə regenerasiya ola bilən bir orqandır, buna görə də qaraciyər bağışı ölümdən sonra mümkündür. Ağciyər bağışı ölümdən sonra baş verə bilər, ancaq digər orqanlara nisbətən daha nadir bir prosedurdur. Əlavə edim ki, gözlər, dəri, sümük iliyi də bağışlana bilər”.

Murad


 

0