"Yeni pandemiya qapını döyür" - ABŞ-dan xəbərdarlıq

SAĞLAMLIQ
23:34 / 12.12.2024
264

ABŞ-da inəklər arasında yayılan və insanlara keçə bilən H5N1 quş qripi virusu mutasiya əlamətləri göstərir. Mütəxəssislər quş qripinun hər an yeni bir pandemiyaya səbəb ola biləcəyi ilə bağlə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, Fransa mətbuat agentliyi AFP-nin xəbərinə görə, növbəti pandemiya quş qripi virusu (H5N1) ola bilər. 

"Science" jurnalında dərc olunan araşdırmada ABŞ-da inəklərə təsir edən quş qripi virusunun insanlar arasında daha sürətli yayılmasının yalnız bir mutasiyaya bağlı olduğu qeyd edilib. ABŞ-da quş qripi ilə yoluxmuş 58 nəfərdən ikisinin heyvanlarla birbaşa təmasının olmadığı müəyyən edilib, bu isə virusun yayılması ilə bağlı narahatlıqları artırıb.

SAS İnstitutundan epidemioloq Meq Şeffer bildirib ki, "quş qripi hər an pandemiya yarada bilər" fikrini təsdiqləyən bir neçə faktor var. Qlazqo Universitetindən virusoloq Ed Hatçinson isə bunun H5N1-in bizim üçün daha təhlükəli hala gəlməsinə yalnız bir addım uzaqlıqda olduğunu göstərdiyini vurğulayıb. O, quş qripi ilə yoluxmuş bir gəncin genetik dizisinin virusun hüceyrələrə daha yaxşı bağlanmaq üçün təkamülə başladığını sübut etdiyini qeyd edib. Hatçinson əlavə edib ki, H5N1-in nəzarətsiz yayılmasına icazə verilməsi insanlarda asanlıqla infeksiyalara səbəb ola bilər və belə bir pandemiya olduqca ağır keçər, çünki insanlarda bu virusa qarşı güclü immunitet yoxdur.

Ölümcül quş qripi növü H5N1 ilk dəfə 1996-cı ildə Çində aşkarlanıb və son dörd ildə sürətlə yayılaraq hətta Antarktika kimi toxunulmamış bölgələrə də çatıb. Dünya Heyvan Sağlamlığı Təşkilatı 2021-ci ildən bu yana 300 milyondan çox ev quşunun məhv edildiyini, 79 ölkədə isə 315 vəhşi quş növünün öldüyünü bildirib. Yoluxmuş quşları yeyən məməlilər, məsələn, suitilər arasında da kütləvi ölümlər baş verib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildən bəri qeydə alınmış 904 H5N1 yoluxma hadisəsinin yarısı ölümcül olub.

Pandemiya riski səbəbindən ABŞ Kənd Təsərrüfatı Nazirliyi çiy südlərdə quş qripi testi aparmağı məcburi edib. Pastörizə edilməmiş südün H5N1 virusunun ötürülməsi baxımından ciddi risk yaratdığı məlumdur. Bununla yanaşı, ABŞ Prezidenti seçilən Donald Trampın Səhiyyə Nazirliyinə namizəd göstərdiyi Robert F. Kennedinin vaksin əleyhdarı və çiy süd tərəfdarı olması əlavə narahatlıq doğurur.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ildə malariya xəstəliyindən 597 min nəfər həyatını itirib. Mütəxəssislər, dərmanlara davamlılıq, iqlim dəyişiklikləri və humanitar fəlakətlərin bioloji təhlükələri nəzarət altına almağı çətinləşdirdiyini bildirib. Ötən il dünya üzrə 263 milyon malariya hadisəsi qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 11 milyon çoxdur. Bu halların 94%-i Afrika qitəsində qeydə alınıb.

0