Beyin funksiyası üçün BUNU YEYİN

SAĞLAMLIQ
22:33 / 13.12.2024
285

Hit.az “Şəfalı bitkilər” rubrikasında avakado haqqında məlumat verir.

“Tərkibindəki vitaminlər, minerallar, yağlar və digər bioloji aktiv maddələr səbəbindən bədənə bir çox fayda verir”.

Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.

Onun sözlərinə görə, avokado, çox sayda qida maddəsi ilə zəngin və sağlam bir meyvədir:

“Avokado, xüsusilə monoya doymamış yağlar (özəlliklə oleik asid) ilə zəngindir. Bu, "yaxşı" xolesterin (HDL) səviyyəsini artırmağa və "pis" xolesterin (LDL) səviyyəsini azaltmağa kömək edir. Nəticə olaraq,  ürək xəstəlikləri riskini azaldır. Avokado, kaliumla zəngindir. Kalium, qan təzyiqini tənzimləməkdə və ürək sağlamlığını dəstəkləməkdə mühüm rol oynayır. Avokado, beyin funksiyalarını dəstəkləyən B vitaminləri, xüsusən folat (B9) və niasin (B3) ehtiva edir. Bu vitaminlər sinir sisteminin düzgün işləməsinə və beyin sağlamlığının qorunmasına kömək edir”.

Murad
 

0