Gəncləri ölümə sürükləyən “mukbang” trendi: Gəncləri qoruyun!

SAĞLAMLIQ
21:55 / 20.12.2024
96

Son zamanlar sosial şəbəkələrdə "mukbang" adlı bir trendin artan populyarlığına şahid oluruq. 

Bu trenddə insanlar çox miqdarda yemək yeyərək izləyicilərə göstərir. 

Amma bəzi hallarda, bu tip videolar ölümcül nəticələrə və ya sağlamlığa zərər verə bilər.

Maraqlıdır, “mukbang” trendindən gəncləri necə qoruyaq?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib ki, bu cür məzmunu şikayət etmək və platformalardan müvafiq tədbir görməsini tələb etmək də vacibdir:
 
“Mukbang videolarında insanların çox miqdarda yemək yediyi görünür. Ancaq bu, çox vaxt sağlamlıq üçün zərərli ola bilər. Həddindən artıq yemək, həzm sisteminə yük yaradır və aşırı kalorili qidalar, obezlik, ürək xəstəlikləri və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Mukbang videoları, bəzi insanlar üçün yemək yeməkdəki həzz və ya qida ilə bağlı psixoloji əlaqəni gücləndirə bilər. Bu, yemək vərdişlərini pozmaq və həddindən artıq yemək yemək kimi sağlam olmayan davranışlara yol açır. Sosial şəbəkələrdə izlədiyiniz məzmunu diqqətlə seçin. Sağlam və pozitiv təsir göstərən səhifələri izləmək, mental sağlamlığınız üçün daha yaxşıdır. Mukbang videosu çəkən insanların bir çoxu, populyarlıq və diqqət çəkmək məqsədi güdürlər. Lakin özünüzü bu cür məzmunlarla müqayisə etməyin və öz sağlamlığınızdan üstün tutmayın. 

Əgər bir şəxs özünə təhlükə yarada biləcək videolar və ya təcrübələr paylaşırsa, bu cür məzmunu şikayət etmək və platformalardan müvafiq tədbir görməsini tələb etmək də vacibdir”.

Murad


 

0