İnsanlar adətən alma, banan, portağal və digər meyvələrə üstünlük verir.
Kivi populyar olsa da, çox sevilən sitrus meyvələri siyahısına daxil deyil.
Hit.az xəbər verir ki, kivi C, A, В1, В2, РР, В6, K1, B12, D, E vitaminləriylə və beta-karotinlə zəngindir. Kivi orqanizmdən artıq duzları çıxarmağa qadirdir.
2 ədəd orta ölçülü kivi orqanizmi ehtiyac olduğu fol turşusu ilə təmin edir.
Kivi şəkər xəstəliyinin müalicəsində də çox effektlidir, çünki o qlisemik indeksi aşağı salan ən dadlı məhsuldur. Meyvənin özündə şəkər var, lakin optimal miqdarda olduğu üçün metabolik prosesləri pozmur, əksinə diabet xəstələri üçün müəyyən qədər faydalıdır.
Qeyd edək ki, kivinin qabığında çoxlu sayda antioksidantlar var.
Ona görə də kivi anti-xərçəng və antiallergik xüsusiyyətə malikdir.
Nazik qabıqda meyvənin özündən 3 dəfə çox antioksidantlar var.
Sevinc