Plastik əməliyyatların qurbanları niyə artır?

SAĞLAMLIQ
21:20 / 23.12.2024
46

Kompleks və ya görünüşümüzdə olan anatomik patologiya insanları, xüsusi ilə də qadınları estetik əməliyyat masasına doğru aparır.

Cəmiyyətin istənilən təbəqəsində olan  estetik əməliyyatlara üz tutur, bəzən isə arzuladığı nəticə ilə qarşılaşmır, hətta plastik əməliyyatın qurbanı olanlar da az deyil. 

Bu günlərdə Bakıda daha bir gənc qız plastik əməliyyatdan bir ay sonra  dünyasını dəyişib. 

Qeyd edək ki, son zamanlar plastik əməliyyatın qurbanları artmaqda davam edir.

Professor Adil Qeybulla Hit az-a deyib ki, qadınların cəmiyyətdə sosial payı artdıqca, bu cür əməıliyyatlara meyl də artır. Xarici görünüşün rolu önəmli deyil. Yəni, insanın özünü cəmiyyətdə tapması üçün burnunu əməliyyat etmək önəmli deyil:

 "Azərbaycanda son dövrlər estetik əməliyyata üz tutanların da sayı artıb. Əvvəllər tanınmışlar, üzdə olan insanlar estetik əməliyyat edirdilərsə, indi demək olar ki, hər kəs bunu elətdirir.Azərbaycanda estetik cərrahlıqla məşğul olanlar əsasən bu sənətə Türkiyədə rezidentura keçmiş həkimlərdir. Onların bu işlə məşğul olmağa hüquqları çatır. Amma söhbət diplomdan getdikdən heç kim ortaya diplom çıxarmır. Mənim var, o biri estetik cərrahlar da öz diplomlarını təqdim etsinlər. Özlərini reklam edəndə diplomlarını da çap etdirsələr çox yaxşı olardı”.

Sevinc

0