Son zamanlar ölkədə və dünyada este tik etdirənlərin sayı günü-gündən artır.
Zaman keçdikcə estetikli insanlar bir-birinə bənzəməyə başlayır.
Maraqlıdır, insanlar niyə özlərini estetiklə bir-birinə bənzədirlər?
Bu barədə Hit.az-a açıqlama verən estetik cərrah Teymur Əliyev deyib ki, qarşılaşdığım pasiyentlərimdə estetik baxımdan bir-birinə bənzəmə istəyi müxtəlifdir:
“Müasir cəmiyyətin müxtəlif sahələrində, xüsusilə media və sosial şəbəkələrdə ideal gözəllik anlayışları tez-tez müəyyən standartlara əsaslanır. Gözəllik tələbləri, müasir dövrün estetik normativləri və trendləri (məsələn, məşhurların görünüşləri və ya ideal bədən ölçüləri) insanları müəyyən bir görünüşə sahib olmağa təhrik edir. Bu standartlar o qədər güclüdür ki, insanlar özlərini bu ideal ilə müqayisə edərək , buna uyğunlaşmağa çalışırlar. İnsanlar, cəmiyyətin və ya sosial qrupların müəyyən etdiyi gözəllik standartlarına uyğun olmaq istəyirlər. Sosial qrup daxilində qəbul olunmaq və ya "digər insanlar kimi olmaq" ehtiyacı, insanların özlərini başqalarına bənzətmələrinə səbəb ola bilər. İnsanlar özlərini başqalarına uyğunlaşdıraraq, sosial əlaqələr qurmağa və qrup tərəfindən qəbul edilməyə çalışırlar.
Daha sonra, gəlib göstərirlər ki, filan bloqerin sinəsi kimi məni əməliyyat et. Sosial media, bənzər estetik standartların formalaşmasına böyük təsir göstərir. Bir çox istifadəçi, sosial mediada daha çox izləyici və "like" almaq üçün estetik olaraq məşhur və populyar olan şəxslərə bənzəməyə çalışır. İnstagram və TikTok kimi platformalarda estetik tələblər yüksəkdir və insanların bənzər fiziki xüsusiyyətlərə, makiyaj stilinə, saç düzümünə və geyimə sahib olması populyarlaşır”.
Murad