Faydalı maddələr baxımından balqabaq digər tərəvəz növlərini xeyli dərəcədə qabaqlayır.
Balqabaq xüsusilə, şəkər diabetli və ürək xəstələri üçün faydalıdır. Balqabaqda mövcud olan çoxsaylı pektin maddələri orqanizmdən toksik maddələrin və çoxsaylı xolesterinin xaric edilməsinə kömək edir.
Hit.az xəbər verir ki, balqabağın ən önəmli xüsusiyyəti çox yüksək miqdarda beta-karoteinlə zəngin olmasındadır.
Balqabaqda dəmir, kalium, sodium, fosfor, kalsium və maqnezium var.
Tərkibindəki dəmirə görə qanazlığının qarşısını alır.
Balqabaq qandakı yağ nisbətini aşağı salır, ən güclü antioksidantların bir çoxu balqabağın tərkibindədir.
Balqabağın özündən əlavə onun yağı və tumu da çox faydalıdır.
Sevinc