Körpənin yaxşı yatması üçün otaqda təmiz havanın olması vacib şərtdir
Uşaqların çoxunda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir.
Xüsusilə , körpə və azyaşlı uşaqlar da bu özünü daha çox büruzə verir.
Bəzi valideynlər bu vəziyyətdən narahat olduğu üçün uşağa yuxu dərmanı verir.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, yeni dünyaya gələn uşaqların bir qismi gecə ilə gündüzü səhv salırlar:
“Təəssüf ki, bəzi valideynlər gecələr oyaq qalmamaq üçün körpələrə dərman verir. Bu isə düzgün deyil. Həmin dərmanlar balaca uşaqlarda asılılıq yaradır və onların sağlığına ziyan edir. Körpənin yaxşı yatması üçün otaqda təmiz havanın olması da vacib şərtdir. Uşağı yatızdırmazdan əvvəl otağın havasını dəyişmək, yatdığı yeri düzəltmək, sakitliyi riayət etmək və işığı söndürmək lazımdır. Bundan başqa, gecə vaxtı körpəni həddindən çox yetizdirmək də düzgün deyil”.
Sevinc