Portağalın daha bir faydası üzə çıxıb.
Hit.az xəbər verir ki, sözügedən meyvəni fərqli məqsədlər üçün də istifadə etmək olar.
Daha dəqiq desək, portağalın qabıqlarından ətir kimi yararlana bilərsiniz. Belə ki, onun qabıqlarını qaynatmaqla evinizə xoş qoxu yayıla bilər. Bunun üçün portağal qabıqlarını suda qaynadın. Hətta qaynayan zaman suya əlavə nələrsə də qata bilərsiniz. Məsələn, darçın və ya vanil əlavə etmək olar. Bu, qoxuya müsbət təsir göstərəcək.
Mütəxəssislərin sözlərinə görə, portağal qabığının xoş ətri insana müsbət təsir edir və stressi azaldır. Üstəlik, meditasiya zamanı belə portağal qabığının qaynanmasından gələn qoxudan istifadə olunur. Bundan başqa, portağal qabığının ətri bakteriya və mikrobları da öldürür. Xüsusilə soyuq havalarda və xəstəlik yayılan vaxtlarda bunu etmək tövsiyə olunur.
Pərviz