Hit.az “Şəfalı bitkilər” rubrikasında kəklikotu haqqında məlumat verir.
“Kəklikotu həm kulinariya, həm də təbii müalicəvi məqsədlər üçün istifadə olunan bir bitkidir. Kəklikotunun orqanizm üçün bir çox faydası var”.
Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.
Onun sözlərinə görə, kəklikotu yüksək miqdarda flavonoidlər və fenolik birləşmələr ehtiva edir ki, bunlar sərbəst radikalları təmizləyərək, hüceyrələrin zədələnməsini qarşısını alır:
“Kəklikotu, xüsusən C vitamini və digər vitaminlərlə zəngindir. Bu, immunitet sistemini möhkəmləndirərək, orqanizmin infeksiyalara qarşı mübarizəsini artırır. Kəklikotunun tərkibindəki uçucu yağlar və fenolik birləşmələr iltihabları azaldaraq, ağrıları yüngülləşdirə bilər. Kəklikotunun antibakterial və antiviral təsirləri vardır. Mədə-bağırsaq xəstəlikləri, soyuqdəymə və qrip kimi infeksiyalara qarşı müsbət təsir göstərir. Kəklikotu mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizlik və şişkinlik kimi problemlərə qarşı faydalıdır”.
Murad