"Quru ağ şərab ən az təhlükəli spirtli içkidir".
HİT.az xəbər verir ki, bunu Moskva Narkologiya Elmi-Praktik Mərkəzinin tibb bölməsi üzrə baş həkimin müavini Alina Sazonova deyib.
Onun sözlərinə görə, insan orqanizmi üçün ən əlverişsiz olan güclü spirtli içkilərdir.
Sazonova spirtli içkiləri şirin içkilər və şirin qidalarla birləşdirməməyi məsləhət görüb, çünki bu halda spirtin emalı ləngiyir. Həkim həm də acqarına spirt içməməyi tövsiyə edib, çünki bu, onun zəhərli təsirini artırır.
Bundan əvvəl Sankt-Peterburqdakı "Be Healthy" klinikasının qastroenteroloqu Olqa Mayorova bildirib ki, Yeni il ərəfəsində şərablara və ya güclü şəkərsiz spirtli içkilərə üstünlük vermək daha yaxşıdır. O qeyd edib ki, şərab, xüsusilə də qırmızı, daha təhlükəsiz seçim ola bilər, çünki tərkibində antioksidantlar var.
Samir