Bir çox xəstəliklərin sağalmasında alma meyvəsindən istifadə edilməlidir

SAĞLAMLIQ
22:38 / 26.12.2024
77

Alma bitkisi dünyanın bir çox yerlərində dağlıq və dağətəyi zonalarda geniş əkilib becərilir. Bu qiymətli bitki insan orqanizmi üçün çox xeyirli olmaqla bərabər bir cox tibbi əhəmiyyəti də vardır. 

Hit.az xəbər verir ki, alma ürək-damar sisteminin işini yaxşılaşdırır, kök adamların arıqlamasını təmin edir, üzü yumşaldır, iştahı artırır, qəbizliyi aradan qaldırır. Qabığı ilə birlikdə yeyilməsi tövsiyə edilir. Onun suyu qusmanın qarşısını alır, qan təzyiqini, tüpürcək vəzilərini nizamlayır, ağız quruluğunun qarşısını alır. 

Hamilə qadınların alma yemələri tövsiyə edilir.

Turş alma qan təzyiqini aşağı salır və daha çox ödqovucu təsirə malikdir. Turş alma şirəsini şəkərsiz qaynadıb, qatılaşdırırlar. Alınmış qatı şirəni ödqovucu vasitə kimi və öd kisəsində daşlara qarşı istifadə еdirlər.

İbn Sina qеyd еdir ki, alma yarpaqları və şirəsi ilə komprеss təzə əmələ gəlmiş irinli şişləri və sızanaqları sağaldır.

Alma bronxit zamanı da istifadə еdilir. Bundan ötrü onu az miqdarda suda bişirmək və isti-isti yеmək lazımdır.

Sevinc

0