Yumurta qaynadanda limondan istifadə edin, çünki...

SAĞLAMLIQ
15:27 / 27.12.2024
82

Bu gün sizə yumurta qaynadılması ilə bağlı maraqlı məlumat verəcəyik.

Hit.az bildirir ki, qaynadılmış yumurtanın qabıqlarını soymaq bəzən yorucu ola bilir. 

Hətta bəzi insanlar sırf ona görə yumurta qaynatmağı sevmirlər. Lakin zamanla bu problemin həlli istiqamətində bir çox fərqli üsullar tapıblar. Onlardan biri də limon üsuludur. 

Deməli, yumurtanı qaynadarkən limondan da istifadə edə bilərsiniz. Belə ki, yumurtanı qaynatdığınız suya bir dilim limon atın. Bu üsul qaynadılmış yumurtanın qabığını soymağı asanlaşdıracaq. 

Daha dəqiq desək, yumurtalar qaynadılan qazana atılan bir dilim limon qabıqların yumurtalardan asanlıqla ayrılmasına kömək edir. Beləliklə, bu üsuldan istifadə etməklə yumurta qabıqlarını saniyələr ərzində soya bilərsiniz.

Pərviz

0