Konqoda naməlum xəstəliyin səbəblərindən biri də koronavirusdur

SAĞLAMLIQ
17:03 / 27.12.2024
344

Konqo Demokratik Respublikasında (KDR) əvvəllər məlum olmayan xəstəliyin törədicini müəyyən etmək üçün çalışan mütəxəssislər xəstəliyin səbəblərindən biri kimi koronavirus infeksiyasını müəyyən ediblər. 

HİT.az xəbər verir ki, bu barədə TASS Konqonun "Actualite" xəbər portalına istinadən yazır.

Respublikanın Milli Biotibbi Tədqiqatlar İnstitutu bildirdi ki, söhbət mürəkkəb koinfeksiya hadisəsindən - bir hüceyrənin bir neçə növ virusla yoluxmasından gedir. 

Konqoda bu payızda müəyyən edilmiş xəstəliyin törədicisi malyariya patogenləri ilə qarşılıqlı təsir göstərən AH1N1 qrip virusu və SARS-CoV-2 koronavirusudur.

Dekabrın əvvəlində ÜST Konqoda oktyabrın 24-dən bəri 400-dən çox insanın naməlum virusa yoluxduğunu, onlardan 30-dan çoxunun sağ qalmadığını bildirib. Xəstəliyin əsas əlamətlərinə qızdırma, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir. Ağır hallarda əhəmiyyətli tükənmə müşahidə olunur. Ən çox yoluxma halları əsasən beş yaşına qədər olan uşaqlardır.

Samir

0