Bir çox insanlar maşında və digər nəqliyyat vasitələri ilə yol gedərkən ürəyi bulanır.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, maşın tutması bir çox insanın yolda səyahət edərkən qarşılaşdığı narahat bir vəziyyət olaraq diqqət çəkir. Ürəkbulanma, başgicəllənmə və mədə narahatlığı kimi əlamətlərlə özünü göstərən bu vəziyyət xüsusilə uzun səfərlərdə tez-tez yaşanır:
"Bu vəziyyəti yüngülləşdirmək üçün zəncəfil çayı və ya zəncəfil kökünü çeynəmək bu halı aradan qaldırır. Həmçinin, səyahətdən əvvəl və ya səyahət zamanı limonlu su içmək ürəkbulanmanı aradan qaldıra bilər. Nanə ürəkbulanma aradan qaldıran xüsusiyyətlərə malikdir. Nanə çayı içmək və ya nanə konfeti istifadə etmək də çox təsirlidir.Uzun yola qatar və ya təyyarə ilə çıxan kinetoza meyilli insanlara məsləhətim odur ki, yola çıxarkən heç bir qida qəbul etməsinlər və qazlı içkilərdən istifadə etməsinlər".
Sevinc