Kofe faydalı qida olsa da onun istehlakı müəyyən xəstəlikləri olan və ya dərman qəbul edən insanlar üçün bəzi mənfi təsirlərə, sağlam insanlarda isə həddindən artıq qəbulu isə müəyyən narahatlığa səbəb ola bilər.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, kofeni adi və ya yalnız süd əlavə etməklə istehlak etmək məsləhətdir:
"Tərkibində qaymaq, şəkər, şərbət və hazır süd tozu olan kofenin yağ və şəkər tərkibi çox yüksək olduğu üçün xeyirdən çox zərər verəcək. Kofein yuxudan məhrum olan iştirakçıların diqqətini əhəmiyyətli dərəcədə artıraraq, onların məhsuldarlığını kifayət qədər yatanların səviyyəsinə qaytarır. Kofein gecə boyu yatan insanların məhsuldarlığını da artırır. Beləliklə, kofein təkcə bütün gecəni oyaq olanlara deyil, hər kəsin ayıq qalmasına kömək edir".
Sevinc